BAKI, 14 mart — Sputnik. Bakı bulvarında özünü dənizə ataraq intihar edən Nəzakət Rzazadənin axtarışları davam etdirilir.
Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətinin rəhbəri Gülçin Mehdiyeva məlumat verib. O bildirib ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən axtarış aparılır.
Xatırladaq ki, fevralın 25-də Sabirabad rayon sakini, 1998-ci il təvəllüdlü Rzazadə Nəzakət Muğdət qızı özünü bulvarda dənizə ataraq intihar edib. Azərbaycan Tibb Universitetinin tələbəsi olan gənc qızın sevdiyi oğlana görə intihar etdiyi bildirilir.