Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Təşvişə düşməyin: bir həftə ərzində bazara təxminən bir milyard dollar “atılıb”

© AFP 2023 / ROMEO GACADВ обменном пункте сортируют доллары, фото из архива
В обменном пункте сортируют доллары, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Nəticədə yalnız ötən həftənin dörd günü ərzində əhalinin valyuta ajiotajının qarşısını almaq üçün Dövlət Neft Fondu 1,634 milyard manat qarşılığında 961,5 milyon dollar satıb

BAKI, 14 mart - Sputnik, Fuad Əlizadə. Azərbaycan Mərkəzi Bankı həftənin son iş günündə də əhalinin nağd dollara olan tələbatını ödəmək, yəni, istirahət günlərində valyuta mübadiləsi məntəqələrinin fasiləsiz işini təmin etmək üçün növbədənkənar valyuta hərracı keçirib.

Человек в маске рядом с нефтяными качалками, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Ərəblər neft bazarını alt-üst edir – 25 dollara satacaqlar

AMB-nin martın 13-də keçirilmiş valyuta hərracında Dövlət Neft Fondu 265,2 milyon dollar satıb.

Mərkəzi Bankdan həmçinin bildirilib ki, keçirilən hərrac zamanı 1 dolların orta kursu 1,7 manat səviyyəsində qərarlaşıb. Bu isə milli valyutanın sabitliyinin göstəricisidir. Yəni, ABŞ valyutasının qiymətinin artacağına dair əlamətlərinin olmamasından xəbər verir. Hazırda banklar 1 dolları 1,702 – 1,703 manata satırlar.

Nəticədə yalnız ötən həftənin dörd günü ərzində əhalinin valyuta ajiotajının qarşısını almaq üçün Dövlət Neft Fondu 1,634 milyard manat qarşılığında 961,5 milyon dollar satıb.

“2020-ci il üçün dövlət büdcəsi haqqında” AR qanununa əsasən, Fond büdcəyə 11,56 milyard manat və ya dolların hazırkı kursuna uyğun olaraq 6,8 milyard dollar ödəməlidir.

Cəmiyyətin dollar ajiotajı nədən qaynaqlanır – ekspert danışır

Son hərracların nəticəsi nəzərə alınmaqla Fond ilin əvvəlindən 3,510 milyard manat, yəni 2,065 milyard dollar xərcləyib.

Yəni, Fond cari ildə valyuta hərracına hələ təxminən 4,8 milyard dollar çıxaracaq ki, bu da hazırkı kursla 8,1 milyard manat deməkdir.

Bu gün əhalinin devalvasiya qorxusu altında valyutaya yaranmış tələbatını azaltmaq vacibdir. Tələbat hökumətin iqtisadi blokunun rəhbərliyinin manatın devalvasiyası üçün iqtisadi əsas olmadığını dediklərinə baxmayaraq artıb.

Купюра номиналом в 50 долларов, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Qonşuda dollar uçdu

Dünya bazarında neftin qiyməti barelə görə 30-35 dollar aralığında dəyişir və bu, Azərbaycanın 2020-ci il üçün dövlət büdcəsinin gəlir hissəsində cüzi itkilərə gətirib çıxara bilər.

Ölkənin qızıl-valyuta ehtiyatları 52 milyar dollara çatır.

Neftin qiymətinin kəskin düşməsi ilə bağlı 2015-ci ilin fevralında və dekabrında Azərbaycanda iki devalvasiya baş verib. Manatın dollara nisbətən kursu nəticədə 0,78 AZN-dən əvvəl 1,05 AZN-ə, sonra isə 1,55 AZN-ə düşüb. Hazırda 2017-ci ilin aprelindən etibarən mövcud olan 1,7 AZN kursu saxlanılır.

Martın 6-da Vyanada keçirilmiş OPEC və OPEC+ ölkələrinin energetika nazirlərinin müşavirəsində neft hasilatının azaldılması və neft qiymətlərinin saxlanılması barədə razılığa gəlmək mümkün olmayıb. Beləliklə, 31 martdan sonra neft hasilatının azaldılması barədə saziş özü qüvvəsini itirəcək. Bu uğursuz danışıqların nəticəsində neftin qiyməti kəskin düşdü: Brent-in qiyməti barelə görə 35 dollar oldu. Neft qiymətlərinin düşməsinin ardınca bir sıra neft hasilatçısı olan ölkələrin milli valyutası da zəifləməyə başladı.

Xəbər lenti
0