CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sosial müəssisələrdə də dezinfeksiyaya başlandı

© AFP 2024 / MARVIN RECINOSДезинфекция жилого помещения, фото из архива
Дезинфекция жилого помещения, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Nazirlər Kabinetinin "Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı"nın icrası işləri çərçivəsində sosial müəssisələrdəki bütün bölmə və guşələr dezinfeksiya edilir

BAKI, 13 mart — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sosial xidmət müəssisələrində koronavirus (COVİD-19) əleyhinə mütəmadi olaraq dezinfeksiya işləri aparılır. Sputnik Azərbaycan-a Nazirlikdən verilən məlumata görə, Nazirlər Kabinetinin "Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı"nın icrası işləri çərçivəsində sosial müəssisələrdəki bütün bölmə və guşələr dezinfeksiya edilir.

Eyni zamanda, profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə bu müəssisələrdə sanitar-gigiyenik vəziyyətə ciddi nəzarət həyata keçirilir. Fondun əhalinin həssas qrupundan olan şəxslər üçün 15 sosial xidmət müəssiəsi fəaliyyət göstərir. Sosial xidmət müəssisələrində 1100-dən çox şəxs daimi dövlət təminatında olmaqla stasionar şəraitdə reabilitasiya yönümlü sosial xidmətlərlə təmin edilir.

Xəbər lenti
0