CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Polşa səfirliyi viza üçün sənəd qəbulunu dayandırır

© Sputnik / Murad OrujovВиза в паспорте гражданина Азербайджана, фото из архива
Виза в паспорте гражданина Азербайджана, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Sənəd qəbulu martın 16-dan 29-dək həyata keçirilməyəcəkSənəd qəbulu martın 16-dan 29-dək həyata keçirilməyəcək

BAKI, 13 mart — Sputnik. Polşanın Azərbaycandakı səfirliyinin konsulluq şöbəsi viza almaq üçün sənəd qəbulunu müvəqqəti dayandıracaq.

Səfirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu addım "COVID-19" virusu ilə bağlı təhlükəli vəziyyətə görə atılıb.

Sənəd qəbulu martın 16-dan 29-dək həyata keçirilməyəcək.

Xatırladaq ki, ötən il dekabrın 31-də Çin hökuməti Uhan şəhərində sətəlcəm xəstəliyinin yayıldığını elan edib. Xəstəliyin törədicisi rəsmi adı "COVID-19" olan koronavirusun yeni növüdür.

Koronavirus infeksiyasına yoluxma halları artıq dünyanın 127 ölkəsində qeydə alınıb.

Xəbər lenti
0