BAKI, 13 mart — Sputnik. Dünya boksunun əfsanələrindən hesab olunan 53 yaşlı Mayk Tayson repçi Eminemin "Godzilla" adlı yeni klipinə çəkilib. Sputnik Azərbaycan xəbər verir ki, ekran işində "Dəmir Tayson"la yanaşı repçi Dr.Dre də rol alıb. Klipdə maraqlı məqamlardan biri isə boksçunun Eminemi bir zərbə ilə nokaut etməsi olub. İfaçı yeni işıq üzü görən "To Murdered By" albomuna daxil olan "Godzilla" trekində 30 saniyə ərzində 229 söz deyərək öz rekordunu yeniləyib.
Qeyd edək ki, Oskar və Qremmi mükafatına layiq görülən məşhur ABŞ reperi Eminem 1990-cı ildən fəaliyyət göstərir. Bu illər ərzində repçi 10 disk buraxıb, 10 filmdə rol alıb.