Bir yerdə 60 il yaşayıb, eyni gündə gözlərini yumdular – Koronovirus dəhşəti

© REUTERS / UMIT BEKTASСитуация в связи с эпидемиологической обстановкой в Турции
Ситуация в связи с эпидемиологической обстановкой в Турции - Sputnik Azərbaycan
Abunə olmaq
Onların oğlu Luja karantin səbəbindən valideynlərini son nəfəsində görə bilməyib. “Sənin yaxınların təkcə qalırlar, sən isə onları qucaqlaya, vidalaşa belə, bilmirsən” – deyə Luka bildirib.

BAKI, 13 mart — Sputnik. İtaliyadan olan ər və arvad 60 il birgə ailə həyatından sonra 2 saat fərqi ilə eyni gündə yeni koronovirusdan vəfat ediblər. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə “Daily Mail”ə onların oğlu danışıb.

Ситуация в связи с эпидемиологической обстановкой в Иране - Sputnik Azərbaycan
İranda koronavirusa yoluxanların sayı 10 mini keçdi

82 yaşlı Severa Berlotti və onun 86 yaşlı həyat yoldaşı Luici Karrara şımaldakı Berqamo əyalətinin Albino şəhərində yaşayıblar. Onlar bir həftə ərzində yüksək hərarətlə evlərində olublar. Sonra onları xəstəxanaya aparıblar. Martın 10-d səhər saat 09:15-də Severa, 11:00-da isə Luici gözünü əbədi yumub.

Onların oğlu Luja karantin səbəbindən valideynlərini son nəfəsində görə bilməyib. “Sənin yaxınların təkcə qalırlar, sən isə onları qucaqlaya, vidalaşa belə, bilmirsən” – deyə Luka bildirib. Hazırda o, həyat yoldaşı və iki uşağı karantindədir.

Qeyd edək ki, son məlumata görə, martın 12-də İtaliyada koronovirusdan 200 nəfər ölüb.

Ən son xəbərlərə görə, dünyada 130 min adam virusa yoluxub. 5 minə yaxın insan ölüb, 70 minə yaxın insan sağalıb.

Xəbər lenti
0