BAKI, 13 mart — Sputnik. Mərkəzi Elmi Kitabxana (MEK) koronavirus təhlükəsi ilə əlaqədar oxucular üçün müvəqqəti olaraq qapılarını bağlayıb. MEK-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, AMEA-nın Mərkəzi Elmi Kitabxanası qeyri-müəyyən vaxta qədər oxuculara xidmət göstərməyəcək.
Bu gündən kitabxana koronavirus təhlükəsi ilə əlaqədar ölkədə həyata keçirilən tədbirlər çərçivəsində fəaliyyətini müvəqqəti olaraq dayandırır.