Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

İstanbula 42 min dollar aparmaq istəyirdi, amma...

© The State Customs Committee of ARKülli miqdarda xarici valyuta aşkarlandı
Külli miqdarda xarici valyuta aşkarlandı - Sputnik Azərbaycan
Abunə olmaq
Ona məxsus baqaj rentgen aparatından keçərkən monitorda şübhəli predmetlərin təsvirləri müşahidə edilib.

BAKI, 13 mart — Sputnik. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etmədən keçirilməsinə cəhdin qarşısını alıblar.

Sputnik Azərbaycan Gömrük Komitəsinin məlumatına istinadla xəbər verir ki, Bakı-İstanbul aviareysi ilə gedən sərnişin gömrük nəzarəti zonasına daxil olarkən xarici valyutanı gömrük orqanına əvvəlcədən şifahi, yazılı, elektron formada bəyan etməyib.

© The State Customs Committee of ARBakı-İstanbul aviareysi ilə gedən sərnişindən götürülən xarici valyuta
İstanbula 42 min dollar aparmaq istəyirdi, amma... - Sputnik Azərbaycan
Bakı-İstanbul aviareysi ilə gedən sərnişindən götürülən xarici valyuta

Ona məxsus baqaj rentgen aparatından keçərkən monitorda şübhəli predmetlərin təsvirləri müşahidə edilib. Çantaya təkrar baxış keçirilməsi üçün vətəndaş yoxlama otağına dəvət olunub. Yoxlama zamanı baqajın içərisindəki sellofan paketdə olan 1 cüt ayaqqabı, gödəkcə və paltarların arasında olan kisənin içərisindən gömrük nəzarətindən gizlədilən və bəyan olunmayan, ümumilikdə 42600 ABŞ dolları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0