CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan ÜST-dən fərdi mühafizə cihazları alacaq

© REUTERS / CHINA DAILYСитуация в связи с эпидемиологической обстановкой в Китае
Ситуация в связи с эпидемиологической обстановкой в Китае - Sputnik Azərbaycan
Abunə olmaq
Ölkə həmçinin ÜST-dən sərhəd bölgəsində COVID-19 şübhəsi olan və ya təsdiq edilən xəstələri müalicə edən səhiyyə işçiləri və labaratoriya əməkdaşları üçün fərdi mühafizə cihazları da qəbul edəcək

BAKI, 13 mart — Sputnik. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) xəstələri müalicə edən səhiyyə işçiləri və laboratoriya əməkdaşları üçün fərdi mühafizə cihazları alacaq. Sputnik Azərbaycan-ın məlumatına görə, ÜST-ün martın 9-dan 13-dək Azərbaycanda səfərdə olan missiyasının hesabatında qeyd edilib. ÜST ekspertləri bildiriblər ki, Azərbaycan ÜST-ün laboratoriya müayinəsi testlərini alan 17 ölkədən biridir. Azərbaycana ilk test partiyası fevral ayında gətirilib. İkinci partiya isə hazırda göndərilməkdədir. Ölkə həmçinin ÜST-dən sərhəd bölgəsində COVID-19 şübhəsi olan və ya təsdiq edilən xəstələri müalicə edən səhiyyə işçiləri və labaratoriya əməkdaşları üçün fərdi mühafizə cihazları da qəbul edəcək.

Xəbər lenti
0