BAKI, 13 mart — Sputnik. Kanadanın baş naziri Castin Tryudonun xanımı koronavirusa yoluxub. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir.
"Sofi Qrequar-Tryudo həkimlərin tövsiyələrindən sonra COVID-19 testindən keçdi. Nəticələr müsbət oldu", - deyə Baş nazirin mətbuat xidməti məlumatı yayıb.
Məlumatda vurğulanır ki, baş nazir Tryudo özünü yaxşı hiss edir və onda koronavirus əlaməti yoxdur. O, 14 gün ərzində ev karantinində olacaq.