Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Azərbaycanda daha dörd nəfərdə koronavirus aşkarlandı

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidБольница, фото из архива
Больница, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bundan əvvəl xüsusi rejimli xəstəxanalaya yerləşdirilmiş 1938-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşının səhhəti stabil ağır olaraq qalır.

BAKI, 13 mart — Sputnik. Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahı məlumat yayıb.

Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, İran İslam Respublikası və İtaliyadan qayıdan dörd nəfər Azərbaycan Respublikasının vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilib, hazırda onların səhhəti normaldır, müalicələri ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Bundan əvvəl xüsusi rejimli xəstəxanalaya yerləşdirilmiş 1938-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşının səhhəti stabil ağır olaraq qalır. Xəstə ciddi nəzarət altında saxlanılır və müalicəsi ilə bağlı zəruri tədbirlər görülür.

Koronavirus infeksiyası aşkarlanmış digər şəxslərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirirlir, onların səhhəti ciddi nəzarət altında saxlanılır.

Xəbər lenti
0