Məşhur amerikalı aktyor da koronavirusa yoluxdu

© © Jordan Strauss/Invision/AP, FileАктер Том Хэнкс и его жена певица Рита Уилсон, фото из архива
Актер Том Хэнкс и его жена певица Рита Уилсон, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də yeni növ koronavirusun yayılmasını (COVID-19) pandemiya elan edib

BAKI, 12 mart — Sputnik. Amerikalı aktyor Tom Henks özünün və həyat yoldaşı Rita Uilsonun koronavirusa yoluxduğunu bildirib. Sputnik Azərbaycan xəbər verir ki, o, bu barədə "Instagram" səhifəsində yazıb.

"Salam, dostlar. Rita və mən indi Avstraliyadayıq. Özümüzü bir az yorğun, soyuqlamış hiss etdik və bədənlərimizdə ağrılar başladı. Rita zaman-zaman titrəyirdi. Doğru hərəkət etmək üçün, hazırda lazım olduğu kimi, koronavirus müayinəsindən keçdik və nəticə müsbət çıxdı", – Henks qeyd edib.

Посмотреть эту публикацию в Instagram

Публикация от Tom Hanks (@tomhanks)

Tom Henks tamaşaçılara "Böyük", "Forest Qamp", "Sıravi Rayanı xilas edərkən", "Didərgin", "Hudzonda möcüzə" və bir çox digər filmlərlə tanınır. 2016-cı ildə ABŞ-ın sabiq Prezidenti Barak Obama Henksə Prezident Azadlıq medalını təqdim edib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də yeni növ koronavirusun yayılmasını (COVID-19) pandemiya elan edib.

"Yaxın günlərdə və həftələrdə biz yoluxma hallarının, ölümlərinin və yayılma ölkələrinin sayının artmasını gözləyirik… Belə bir nəticəyə gəlmişik ki, "COVID-19" pandemiya kimi xarakterizə oluna bilər", – qurumun Baş katibi Tedros Adhanom Gebreyesus deyib.

Cons Hopkins Universitetinin (Johns Hopkins University) bu səhərə olan məlumatına görə, dünya üzrə koronavirusa 126 258 nəfər yoluxub, 4 638 nəfər xəstəlikdən dünyasını dəyişib, 68 266 nəfər sağalıb.

Koronavirus altı qitədə 116 ölkənin ərazisində yayılıb.

Yeni növ koronavirusun yaratdığı xəstəlik hazırda "COVID-19" ("CO" – korona, "VI" – virus, "D" – xəstəlik (ingiliscə – disease), "19" – yaranma ili) adlanır.

Xəbər lenti
0