BAKI, 12 mart — Sputnik. Təhsil Nazirliyi gələn həftədən ümumtəhsil müəssisələrində oxuyan rus bölməsinin şagirdləri üçün də videodərslərin keçirilməsinə başlayacaq.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib. O qeyd edib ki, dərslər bütün siniflər üzrə keçiriləcək və "Mədəniyyət kanalında yayımlanacaq. Onun sözlərinə görə, rus bölməsi üzrə videodərslərin kanalda Azərbaycan bölməsi üçün ayrılan dərs vaxtından kənar təqdim ediləcəyini əlavə edib. Qeyd edək ki, koronavirus təhlükəsi ilə əlaqədar martın 3-dən 27-dək ölkənin bütün təhsil müəssisələrində təlim-tədris dayandırılıb.