Paşinyan ölkəsindəki rüşvət sxemini açdı

© © Alexei Druzhinin/ Sputnik/ Kremlin Pool Photo via APНикол Пашинян, фото из архива
Никол Пашинян, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Paşinyan qeyd edib ki, korrupsiyanın kökünün kəsilməsi barədə Ermənistanda uzun müddət qüvvədə olmuş sxemi nəzərdə tutur

BAKI, 12 mart — Sputnik. Ermənistanda sistemli korrupsiya yoxdur, lakin rüşvət alan məmurlar var. Sputnik Ermənistan xəbər verir ki, bunu Cermukda səfərdə olan Ermənistanın Baş Naziri Nikol Paşinyan bildirib.

Paşinyan qeyd edib ki, korrupsiyanın kökünün kəsilməsi barədə Ermənistanda uzun müddət qüvvədə olmuş sxemi nəzərdə tutur. Belə ki, bu sxemə əsasən, məmurlar rüşvət alır, yarısını özünə saxlayır, digər yarısını isə daha yuxarı rəhbərliyə çatdırırmışlar.

"Ermənistanda artıq belə bir sxem yoxdur. Lakin mən heç bir məmurun rüşvət almadığını deyə bilərəmmi? Təbii ki, deyə bilmərəm. Biz hər həftə bu və ya digər məmuru sübutla tuturuq. Hər həftə", - deyə Paşinyan qeyd edib.

Qeyd edək ki, "məxməri inqilab"dan sonra Ermənistanda bir sıra yüksəkrütbəli məmurlar rüşvət üstündə tutulub.

Xəbər lenti
0