CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Muzey və kitabxanalara giriş məhdudlaşdırıldı

© Sputnik / Murad OrujovМузейный центр в Баку, фото из архива
Музейный центр в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İntiqam Hümbətov bildirib ki, Mədəniyyət Nazirliyinin tabeliyindəki bütün müəssisələrdə sanitar-gigiyena və profilaktik-dizenfeksiya işləri görülür

BAKI, 12 mart — Sputnik. Martın 6-dan Mədəniyyət naziri Əbülfəs Qarayevin əmri ilə koronavirus infeksiyasının mədəniyyət müəssisələrində yarada biləcəyi təhlükənin qarşısının alınması və bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi üzrə tədbirlər planı tətbiq edilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Nəsimi Əlyazmaları dünya kitabxanalarında” adlı sərginin açılışında iştirak edib - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Milli Kitabxanada Nəsimi ilə bağlı sərgi açılıb - FOTO

Bunu Sputnik Azərbaycan-a Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov bildirib.

Onun sözlərinə görə, Mədəniyyət Nazirliyinin tabeliyindəki bütün müəssisələrdə sanitar-gigiyena və profilaktik-dizenfeksiya işləri görülür: “Qapalı ərazilərdə kütləvi tədbirlər təxirə salınır, xarici ezamiyyələrin məhdudlaşdırılması, maarifləndirmə və cari işlərin aparılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir”.

İ.Hümbətov qeyd edib ki, bu sahədə işlərin daha effektiv həyata keçirilməsi üçün bu gün növbəti əmr imzalanıb: “Əmrlə Bakı şəhəri və regionlarda fəaliyyət göstərən muzey və mərkəzi kitabxanalarda iş fəaliyyəti ilə bağlı qeyd olunan dəyişikliklərin həyata keçirilməsi və muzeylərə tamaşaçıların, kitabxanalara oxucuların gəlişi məhdudlaşdırılıb”.

Xəbər lenti
0