BAKI, 12 mart — Sputnik. İçərişəhərdə keçirilməsi nəzərdə tutulan "Yazz!" Festivalı ləğv edilib. Bu barədə Sputnik Azərbaycan-a "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (DTMQİ) Mətbuat Xidmətindən bildirilib.
İdarədən qeyd edilib ki, "COVID-19" (koronavirus) virusuna qarşı ölkəmizdə aparılan müvafiq profilaktik tədbirlərin gücləndirilməsi çərçivəsində Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın 10 mart 2020-ci il tarixli məlumatı və tövsiyələrinə əsasən, İçərişəhərdə 19-29 mart tarixlərində planlaşdırılan ənənəvi Novruz tədbirləri ləğv olunur.