BAKI, 12 mart — Sputnik. Bu gün Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə valyuta hərracı keçirilib.
Qrafik üzrə keçiriləcək növbəti valyuta hərracınadək qalan günlərin sayı nəzərə alınaraq, o cümlədən banklar tərəfindən həftəsonu valyuta satışlarının fasiləsizliyinin təmin edilməsi məqsədilə bankların hərracda tələbi tam təmin edilib.
Mərkəzi Bankdan Sputnik Azərbaycan-a məlumat verilib ki, hərracda tələb 220,8 mln. ABŞ dolları təşkil edib. Bu da qrafik üzrə 10 mart 2020-ci il tarixində keçirilmiş valyuta hərracında formalaşmış tələbdən 102,4 mln. ABŞ dolları və ya 32% az olub.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.