CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı-Sumqayıt qatarını gecikdirənləri polis saxladı

© Azerbaijan Railways CJSCПоезд на одной из станций в Баку, фото из архива
Поезд на одной из станций в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı Xaçmaz Xətt Polis Şöbəsində cinayət işi açılıb, dəstənin digər üzvlərinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir

BAKI, 12 mart — Sputnik. Bakı-Sumqayıt sürət qatarının marşrut xətti üzərində yerləşən, ümumi dəyəri 10.000 manata yaxın olan 150 metr aparıcı trosu və ikiqat kontakt naqilləri oğurlamaqda şübhəli bilinən dəstə üzvləri saxlanılıblar.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Quba regiomal qrupunun məlumatına istinadla xəbər verir ki, DİN Nəqliyyatda Baş Polis İdarəsi Dəmiryol Nəqliyyatında Polis İdarəsinin və Xaçmaz Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat keçirilib. Əməliyyat zamanı dəstə üzvləri saxlanılıblar.

Araşdırmalarla onların 33 yaşlı İlkin Niftəliyev və əvvəllər məhkum olunmuş, 30 yaşlı Mövlan Quliyev və 28 yaşlı Ağasif Babayev olduqları müəyyən edilib.

Dindirilmə zamanı dəstə üzvləri törətdikləri oğurluq hadisəsini etiraf edərək, oğurladıqları naqilləri Sumqayıt şəhəri ərazisində yerləşən əlvan metalların qəbulu məntəqəsinə iki min manata satdıqlarını və əldə etdikləri pulu öz aralarında böldüklərini etiraf ediblər. Həmin məntəqənin ünvanı polis əməkdaşları tərəfindən müəyyənləşdirilərək, naqillər maddi sübut kimi oradan götürülüb.

Faktla bağlı Xaçmaz Xətt Polis Şöbəsində cinayət işi açılıb, dəstənin digər üzvlərinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Xəbər lenti
0