CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Duman Bakıya qayıdıb – Səbəbi açıqlandı

© Sputnik / Murad OrujovЗагрязненный пылью воздух в Баку, фото из архива
Загрязненный пылью воздух в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
“Dumanlı hava şəraitinin mart ayının 15-i günorta saatlarına kimi davam edəcəyi gözlənilir”, - deyə A. Verdiyev vurğulayıb

BAKI, 12 mart — Sputnik. “Bu gün axşam saatlarından başlayaraq respublika ərazisində meteoroloji şəraitlə (dərin inversiya qatı və nisbi rütubətin artması) bağlı olaraq yenidən Bakı və Abşeron yarımadasında duman müşahidə olunur”.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin hidroloqu Asif Verdiyev deyib.

O bildirib ki, havanın durğun keçməsi ilə eyni zamanda tozun miqdarı da bəzi ərazilərdə normadan bir qədər artıqdır.

“Dumanlı hava şəraitinin mart ayının 15-i günorta saatlarına kimi davam edəcəyi gözlənilir”, - deyə A. Verdiyev vurğulayıb.

Qeyd edək ki, bir neçə gün öncə də Bakıda və Abşeron yarımadasında güclü duman müşahidə edilmişdi.

Xəbər lenti
0