BAKI, 12 mart — Sputnik. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Layihələrin idarəedilməsi departamentinin rəisi Kərim Sultanov vəfat edib. Sputnik Azərbaycan-ın ASCO-ya istinadən məlumatına görə, Kərim Sultanov 29 iyul 1977-ci il tarixində Bakıda anadan olub, Azərbaycan Dövlət Dillər Universitetinin Dilşunaslıq (tərcüməçi-referent, ingilis dili) ixtisasını bitirib.
K.Sultanov 2014-cü ildən ASCO-da fəaliyyətə başlayıb. Fəaliyyəti dövründə ona müxtəlif vəzifələr həvalə edilib, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)" yubiley medalına layiq görülüb.
Allah rəhmət eləsin!