BAKI, 12 mart — Sputnik. NATO-nun Norveçdə keçirilən genişmiqyaslı "Cold Response" təlimləri koronavirusun yayılması fonunda yarımçıq saxlanılıb. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.
Təlimlər martın 11-i dayandırılıb.
"Qeyri-müəyyən dövrdə cəmiyyətimizi dəstəkləmək üçün müdafiə qabiliyyətimizi qorumaq istəyirik", - deyə təlimlərin rəhbəri Rune Yakobsen bildirib.
O qeyd edib ki, hazırda bir hərbçi koronavirusa yoluxub, 244 nəfər isə karantindədir.