BAKI, 11 mart — Sputnik. Bu gün Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə növbədənkənar valyuta hərracı keçirilib.
Mərkəzi Bankdan Sputnik Azərbaycan-a məlumat verilib ki, hərracda tələb dünənki tarixdə keçirilmiş hərracla müqayisədə 168,2 mln. ABŞ dolları və ya 52% azalaraq, 155 mln. ABŞ dolları təşkil edib. Tələb tam təmin edilib.
Növbəti valyuta hərracı qrafikə uyğun olaraq 12 mart 2020-ci il tarixində keçiriləcək.
Qeyd edək ki, 10 mart 2020-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə keçirilmiş valyuta hərracında 323,2 mln. ABŞ dolları məbləğində təşkil etmiş tələb tam şəkildə təmin edilib. Eyni zamanda, bankların nağd valyutaya olan tələbləri də tam təmin olunub.