CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Elini ürküt, axsağından yapış və ya əcnəbilərdən boşanmanın ən pis üzü

© Sputnik / Aleksey Mayshev / Mediabanka keçidНовобрачные, фото из архива
Новобрачные, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Əcnəbi ilə ailə həyatı qurub, bir müddət sonra boşanan şəxslər arasında da biz bu cür problemləri müşahidə edirik, uşağı anadan alaraq öz ölkələrinə aparmaq istəyirlər" - Rahil Süleymanzadə

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 10 mart — Sputnik. Əcnəbilərlə azərbaycanlıların qurduqları ailələr son zamanlar daha davamsız olub. Ötən il əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə bağlanmış 187 nikahın pozulması halı qeydə alınıb. 2018-ci ildə belə boşanmaların sayı 149, 2017-ci ildə 195 olub.

Boşanma - Sputnik Azərbaycan
CƏMİYYƏT
Kağız üstündə boşanmalar - Yeni qanun bu fırıldağın da qarşısını alacaq

2019-cu ildə Azərbaycan vətəndaşları ilə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər arasında 2270 nikah bağlanıb. 2018-ci ildə belə nikahların sayı 2256, 2017-ci ildə 2429 olub. Bu barədə Ədliyyə Nazirliyindən Sputnik Azərbaycan-a məlumat verilib. Bildirilib ki, ötən il əcnəbi və vətəndaşlığı olmayan şəxslərlə nikah bağlayanların 1160-ı qadın, 1110-u kişi olub.

Ötən il Azərbaycan vətəndaşı olan qadınlar əsasən Rusiya, Gürcüstan, Ukrayna, Qazaxıstan, Özbəkistan vətəndaşları ilə, kişilər isə əsasən Rusiya, Türkiyə, Gürcüstan, İran, Ukrayna vətəndaşları ilə nikaha daxil olublar.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin baş məsləhətçisi Rahil Süleymanzadə Sputnik Azərbaycan-a açıqlamasında əcnəbilərlə boşanmaların əsas səbəblərindən danışıb: "Boşanmaların əsas səbəblərindən biri insanların bir-birlərini başa düşməməsi, yəni xarakterlərinin üst-üstə düşməməsidir. Bundan başqa, tərəflərin bir-birini tanıması üçün kifayət qədər vaxtın olmaması da boşanmalara səbəb olan amillər sırasındadır".

"Boşanmalar zamanı ən çox zərər çəkən qadınlar olur. İlkin olaraq bu problem özünü aliment məsələsində büruzə verir. Nəticədə, atalar hətta uşaqların analarının əlindən alınması ilə bağlı da müraciət edirlər. Əcnəbi ilə ailə həyatı qurub, bir müddət sonra boşanan şəxslər arasında da biz bu cür problemləri müşahidə edirik, uşağı anadan alaraq öz ölkələrinə aparmaq istəyirlər", - deyə o əlavə edib.

R.Süleymanzadə bildirir ki, boşanmalarda əcnəbilərlə formal evlilik faktoru rol oynamır: "Biz bu cür hadisələrin şahidi olmamışıq".

Onun sözlərinə görə, yerli vətəndaşlar, eləcə də əcnəbilərlə boşanmalara səbəb olan amillər arasında fərq yoxdur:

"Əcnəbilər, vətəndaşlığı olmayan şəxslərlə nikahın bağlanması zamanı tərəflər məlumatlı olmalıdırlar. Vətəndaşlığı olmayan şəxs Azərbaycan qanunvericiliyi ilə nikaha daxil ola və boşanmaya görə müraciət edə bilər. Şəxslər nikah pozularkən nə edə bilərlər - bu haqda da məlumatlı olmalıdırlar. Əcnəbilər diplomatik idarələrdə, konsulluqlarda da nikah bağlaya bilərlər. Onlar Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq nikahın pozulması üçün də müraciət edə bilərlər".

"Nikah Azərbaycanda bağlanıbsa, ölkə qanunvericiliyinə uyğun olaraq əcnəbilər, vətəndaşlığı olmayan şəxslər də bərabər hüquqlardan yararlanaraq əmlak və qeyri-əmlak hüquqlarından istifadə edə bilərlər", - deyə o əlavə edib.

Xəbər lenti
0