Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Arı südü, can dərmanı... – Məhsulların qiyməti açıqlandı

© Sputnik / Shahperi AbbasovaQaxda arıçılıq təsərrüfatı
Qaxda arıçılıq təsərrüfatı - Sputnik Azərbaycan
Abunə olmaq
"Arıçılıq haqqında" qanunun qəbul edildiyi dövrdən sonrakı 11 ildə bal istehsalı 4,1 dəfə, arı ailələrinin sayı 3,8 dəfə, arıçılıqla məşğul olan təsərrüfatların hər birinə orta hesabla düşən arı ailələrinin sayı isə 11,1-dən 17,5-dək artıb

BAKI, 11 mart — Sputnik. "Arıçılıq haqqında" qanuna uyğun olaraq arıçılıq sahəsində rəsmi statistika materiallarının istehsalını təmin etmək məqsədi ilə Dövlət Statistika Komitəsi (DSK) tərəfindən təşkil olunmuş statistik müşahidənin nəticələrinə görə 2019-cu ildə 31041 təsərrüfatda mövcud olan 542,8 min arı ailəsindən 5781,3 ton bal, 156,1 ton mum, 15,8 ton vərəmum, 14,1 ton güləm və 609,7 kq arı südü əldə olunub.

Balla dolu metal çənlər, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Nazirlik bal yarmarkasının yekunları barədə hesabat verdi

DSK-dan Sputnik Azərbaycan-a məlumat verilib ki, balın 1 kiloqramının orta satış qiyməti 25,1 manat, mumun 13 manat, vərəmumun 129,5 manat, güləmin 77,7 manat, arı südünün 1 qramının orta satış qiyməti isə 4,1 manat olub.

"Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında" Azərbaycan Prezidentinin 2018-ci il 5 mart tarixli sərəncamına əsasən arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə 10 manat subsidiya müəyyən edilib. Bu da ölkədə arıçılığın inkişafına öz müsbət təsirini göstərib. Belə ki, 2017-ci illə müqayisədə 2019-cu ildə arı ailələrinin sayı 271,1 min, bal istehsalı isə 2738,2 ton artıb.

Ümumiyyətlə, "Arıçılıq haqqında" qanunun qəbul edildiyi dövrdən sonrakı 11 ildə bal istehsalı 4,1 dəfə, arı ailələrinin sayı 3,8 dəfə, arıçılıqla məşğul olan təsərrüfatların hər birinə orta hesabla düşən arı ailələrinin sayı isə 11,1-dən 17,5-dək artıb. Eyni zamanda arıçılığın inkişafı kənd yerlərində məşğulluğun təmin edilməsi və əhalinin gəlirlərinin artımı baxımından mühüm əhəmiyyət kəsb edir.

Xəbər lenti
0