Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Sözləri Leylanındır – Zamiq Hüseynov yeni klipini təqdim etdi

© © Niko AbbasovАзербайджанский исполнитель Замик Гусейнов
Азербайджанский исполнитель Замик Гусейнов - Sputnik Azərbaycan
Abunə olmaq
Zamiq Hüseynov çəkilişləri bu dəfə Azərbaycanda deyil, qardaş Türkiyədə aparılan yeni klipini təqdim edib

BAKI, 10 mart — Sputnik. Populyar azərbaycanlı müğənni Zamiq Hüseynov rus dilində romantik “Prosto bud” (Sadəcə ol) mahnısına çəkilən klipi təqdim edib. Sputnik Azərbaycan xəbər verir ki, mahnının sözlərini Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva yazıb, musiqisini Murad Alıxanlı bəstələyib.

Musiqinin aranjemanı Yaşar Baxışa məxsusdur, rolikin rejissoru qismində isə Zəhra Quliyeva çıxış edib.

Klipin çəkilişləri bu dəfə Azərbaycanda deyil, Türkiyədə aparılıb.

Zamiq Hüseynov bildirib ki, mahnı romantik çalarlardadır və bütün sevənlərə həsr olunub.

Bu, müğənninin 2020-ci ildə sayca ikinci klipdir. Bandan əvvəl o, “Duman” mahnısına klipi təqdim etmişdi.

Zamiq Quliyev Azərbaycan estradasının ən sevilən və dəbdə olan ifaçılarından biridir. O, “Sən necə də gözəlsən” mahnısından sonra məşhurlaşıb. Zamiq həm də özünü dizayn sahəsində sınayır və öz işləri ilə xaricdə məşhurlaşmaq niyyətindədir.

Xəbər lenti
0