Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Mart gəldi, gördü, dərd özündən əvvəl gəlib - FOTO

© Sputnik / Ilham MustafayevOt tayası
Ot tayası - Sputnik Azərbaycan
Abunə olmaq
Qərb bölgəsinə artıq 10 aydır yağıntı düşmür və bu da təsərrüfatın bir çox sahələri kimi, maldarlığa da mənfi təsir göstərməkdədir

İlham Mustafayev, Sputnik Azərbaycan

BAKI, 10 mart — Sputnik. Yazın gəlişinə baxmayaraq qərb bölgəsində quraqlığın davam etməsi ot bazarına da təsirsiz ötüşmür. Qış aylarında mal-qaranın əsas qidası sayılan quru ot bahalaşmaqda davam edir. Sahibkarlar əvvəlki illərdə mart ayında örüşlərdə qaramalın otladığını, bu il isə heç yerdə otun göyərmədiyini deyirlər. Bu səbəbdən də heyvanlar yenə quru otun ümidinə qalır ki, bu da bahalaşmanın əsas səbəbi hesab edilir.

Sputnik Azərbaycan xəbər verir ki, hazırda bölgədə təbii otun bağlaması 4-5 manat, yonca bağlaması isə 6-7 manat aralığında dəyişir. Buna görə də fermerlər seçim qarşısında qaldıqlarını deyirlər. Onlar ya mal-qaranı dəyər-dəyməzinə satmalı, yaxud baha qiymətə ot alıb yağışların yağmağını gözləməlidirlər. Rayonun Canalı kəndinin sakini Balakişi Qocayev iki inəyini otun baha olması səbəbindən satmaq istədiyini söyləyir.

© Sputnik / Ilham MustafayevOt tayası
Mart gəldi, gördü, dərd özündən əvvəl gəlib - FOTO - Sputnik Azərbaycan
Ot tayası

 "Ötən yay quraqlıq olduğundan ot tədarükü yaxşı olmadı. Hesabımıza görə, bu zaman artıq mal örüşə çıxıb başını qatmalıydı. Yalnız axşamlar ot verməklə yaza çıxarmaq mümkün olardı. Amma yağış olmadığından çöl asfaltın üstü kimidir. Məcburam ya borca girim, ot alım, yaxud dəyər-dəyməzinə satım", - deyə vəziyyəti izah edir.

© Sputnik / Ilham MustafayevOt tayası
Mart gəldi, gördü, dərd özündən əvvəl gəlib - FOTO - Sputnik Azərbaycan
Ot tayası

 Digər təsərrüfatçı Şahbəddin Hacıyev də ot bazarına bir inəyini yaza çıxarmaq üçün üz tutub. Lakin otun bahalığının onu da seçim qarşısında qoyduğunu deyir.

© Sputnik / Ilham MustafayevŞahbəddin Hacıyev
Mart gəldi, gördü, dərd özündən əvvəl gəlib - FOTO - Sputnik Azərbaycan
Şahbəddin Hacıyev

"Bir inəyim var. Gəlmişəm ot almağa. Amma çox bahalıqdır. Ötən illər 2-3 manat olan təbii ot bağlaması indi 4-5 manatdır. Yonca 6-6,5 manata satılır. Günə bir inək bir bağlama yeyəndə görün nə qədər pul lazımdır. Ona görə mal saxlamaq günü-gündən çətinləşir", - deyə bildirir.

Ot bazarının satıcılarından olan Fərrux Qasımov yazın gəlişi və tədarüklərin azalması ilə əlaqədar olaraq ot sahiblərinin qiyməti qaldırdıqlarını deyir: "Əhali özü qaldırır otun qiymətini. İndi tələbat artıb deyə bundan istifadə edirlər. Biz də onlardan alıb, üstünə 50 qəpik qoyub satırıq. Bu da doldurub-boşaltma, daşıma xərclərinə gedir. Bir qismi də bizə qalır. Ümid yağışlaradır, yağsa, ot göyərər, sahibkarların da yükü azalar".

© Sputnik / Ilham MustafayevFərrux Qasımov
Mart gəldi, gördü, dərd özündən əvvəl gəlib - FOTO - Sputnik Azərbaycan
Fərrux Qasımov

 Qeyd edək ki, qərb bölgəsinə artıq 10 aydır yağıntı düşmür və bu da təsərrüfatın bir çox sahələri kimi, maldarlığa da mənfi təsir göstərməkdədir.

Xəbər lenti
0