CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dezinfeksiya muzey və qoruqlara da çatdı

© Photo : State Tourism Agency of the Republic of AzerbaijanDezinfeksiya işləri
Dezinfeksiya işləri - Sputnik Azərbaycan
Abunə olmaq
Mart və aprel ayları ərzində Dövlət Turizm Agentliyinin tabeliyindəki digər qoruqlarda da önləyici tədbirlərin görülməsi planlaşdırılır

BAKI, 10 mart — Sputnik. Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən qoruq və təhsil müəssisələrində koronavirus (COVİD-19) epidemiyasına qarşı tibbi-profilaktik, dezinfeksiyaedici tədbirlər həyata keçirilib.

Bu barədə Sputnik Azərbaycan-a Dövlət Turizm Agentliyindən məlumat verilib. Xəbərdə bildirilir ki, Nazirlər Kabinetinin yanında operativ qərargahın bütün təhsil müəssisələrində dezinfeksiya işlərinin aparılması ilə bağlı qərarına uyğun olaraq Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Turizm Peşə Məktəbi və Mingəçevir Turizm Kollecinin tədris binalarında və həyətyanı sahələrində bu istiqamətdə tədbirlər görülüb.

© Photo : State Tourism Agency of the Republic of Azerbaijan
Dövlət Turizm Agentliyinin tabeliyindəki qoruqlarda dezinfeksiya işləri - Sputnik Azərbaycan
1/3
Dövlət Turizm Agentliyinin tabeliyindəki qoruqlarda dezinfeksiya işləri
© Photo : State Tourism Agency of the Republic of Azerbaijan
Dövlət Turizm Agentliyinin tabeliyindəki qoruqlarda dezinfeksiya işləri - Sputnik Azərbaycan
2/3
Dövlət Turizm Agentliyinin tabeliyindəki qoruqlarda dezinfeksiya işləri
© Photo : State Tourism Agency of the Republic of Azerbaijan
Mingəçevir Turizm Kollecinin tədris binalarında dezinfeksiya işləri - Sputnik Azərbaycan
3/3
Mingəçevir Turizm Kollecinin tədris binalarında dezinfeksiya işləri
1/3
Dövlət Turizm Agentliyinin tabeliyindəki qoruqlarda dezinfeksiya işləri
2/3
Dövlət Turizm Agentliyinin tabeliyindəki qoruqlarda dezinfeksiya işləri
3/3
Mingəçevir Turizm Kollecinin tədris binalarında dezinfeksiya işləri

Eyni zamanda Şəkinin "Yuxarı Baş" Dövlət Tarix-Memarlıq Qoruğunun Narın Qala divarları daxilində, eləcə də digər obyektlərdə dezinfeksiya işləri aparılıb, qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib. Dezinfeksiya işləri qoruğun inzibati binaları, Şəki Xan Sarayı və onun həyəti, Dairəvi Məbəd, Şəki xanlarının ev muzeyi, Şəki Tarix-Diyarşünaslıq Muzeyi, Şəki Dövlət Rəsm Qalereyası, "Sənətkarlar evi" binası və digər obyektlərdə həyata keçirilib. "Kiş" Tarix-Memarlıq Qoruğunun obyektlərində də dezinfeksiya işləri baş tutub. Dezinfeksiya işlərinin aparıldığı obyektlər martın 8-dən etibarən xidmətə açılıb. Mart və aprel ayları ərzində Dövlət Turizm Agentliyinin tabeliyindəki digər qoruqlarda da önləyici tədbirlərin görülməsi planlaşdırılır.

Xəbər lenti
0