BAKI, 10 mart — Sputnik. Koronavirus (COVİD - 19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı təxirəsalınmaz tədbirlər davam edir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) respublika ərazisində fəaliyyət göstərən 56 avtovağzal və avtostansiyada gündəlik dezinfeksiya işlərinin təşkil edilməsinə dair müvafiq tapşırığına uyğun olaraq hər gün ümumilikdə 5 min avtonəqliyyat vasitəsində təlimata uyğun şəkildə təxirəsalınmaz tədbirlər həyata keçirilir.
DANX-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, respublikanın Bakı, Gəncə, Göyçay, Lənkəran, Mingəçevir, Quba, Şəki, Şirvan, Sumqayıt, Tovuz və Yevlax da daxil olmaqla 11 regional bölməsi üzrə müvafiq nəzarət tədbirlərinin həyata keçirilməsi üçün işçi qrup sadalanan bölgələr üzrə ezam edilib. Dezinfeksiya işləri şəhərlərarası, şəhərdaxili və taksi avtonəqliyyat vasitələrinin reysdə olmadığı saatlarda, gün ərzində 2 dəfə (səhər və gecə) təmin edilir. Qeyd edək ki, Gəncə regional ərazi bölməsi üzrə 340, Göyçay regional ərazi bölməsi üzrə 128, Lənkəran regional ərazi bölməsi üzrə 549, Mingəçevir regional ərazi bölməsi üzrə 360, Quba regional ərazi bölməsi üzrə 411, Şəki regional ərazi bölməsi üzrə 516, Şirvan regional ərazi bölməsi üzrə 420, Sumqayıt regional ərazi bölməsi üzrə 474, Tovuz regional ərazi bölməsi üzrə 757, Yevlax regional ərazi bölməsi üzrə 543, ümumilikdə respublika üzrə 4498 avtonəqliyyat vasitəsində dezinfeksiya işləri təmin edilib.
Mövcud təhlükəsizlik tədbirlərini nəzərə alaraq sərnişinlərə müntəzəm marşrut xətləri üzrə xidmətdə olan avtobuslarla səfər etmək, avtovağzal ərazisindən çıxmayan nəqliyyat vasitələrindən istifadə etməmək tövsiyə edilir. Əlavə məlumat əldə etmək üçün qaynar xətt: 012 566 52 58 və012 567 06 57