SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Aydın Mirzəzadə: “Azərbaycan demokratiya sınağından uğurla çıxdı”

Abunə olmaq
Millət vəkili Aydın Mirzəzadə deyir ki, yeni tərkib parlamentin Azərbaycanda gedən yenilənmə və quruculuq işlərində fəal iştirak edəcəyinə şübhə yoxdur
Aydın Mirzəzadə: “Parlament seçkiləri demokratik və aşkarlıq şəraitində baş tutdu”

“Azərbaycanda keçirilən son parlament seçkiləri demokratik, rəqabətli və aşkarlıq şəraitində baş tutdu”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

O bildirib ki, parlamentin üzvlərinin böyük əksəriyyəti tanış olan simalardır: “Hesab edirəm ki, Azərbaycan növbəti dəfə demokratiya sınağından uğurlar çıxdı. İlk dəfə parlamentə seçilən millət vəkilləri Milli Məclisin işinə töhvə verəcəklər. Ümumən götürdükdə yeni tərkib parlamentin Azərbaycanda gedən yenilənmə və quruculuq işlərində fəal iştirak edəcəyinə şübhəmiz yoxdur. Kampaniya müddətində seçicilərdən çoxlu təkliflər almışıq və onların həyata keçirilməsi üçün bütün imkanlar mövcuddur”.

Qeyd edək ki, Konstitusiya Məhkəməsi 9 fevral tarixində Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin nəticələrini təsdiqləyib.

Aydın Mirzəzadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0