CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sərnişinlərə xəbərdarlıq edildi - COV virusuna görə

© Photo : Baku International Bus Terminal ComplexDezinfeksiya işləri
Dezinfeksiya işləri  - Sputnik Azərbaycan
Abunə olmaq
Şəhərlərarası istiqamətlərdə Gəncə, Qırmızı Körpü, Mingəçevir və Şəki istiqamətinə, beynəlxalq reyslərdə isə Gürcüstan istiqamətinə gedən sərnişinlər üstünlük təşkil edib

BAKI, 10 mart — Sputnik. Bakı Beynəlxalq Avtovağzal Kompleksində koronavirus (Covid-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər və dezinfeksiya prosesi avtobuslarda, eləcə də bütün avtovağzal ərazisində hər gün səhər və axşam saatlarında mərhələli şəkildə davam edir. Kompleksin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, gün ərzində 300-dən çox avtobus dezinfeksiya olunaraq reysə buraxılır.

Son 10 gündə 2 min 628 reyslə 60 min 270 sərnişin avtovağzaldan yola salınıb. 175 reyslə 3 min 455 sərnişin beynəlxalq istiqamətlərdə (Gürcüstan, Rusiya, Türkiyə) gedişi təmin edilib. Ən çox sərnişin 3 mart tarixində müşahidə olunub. Həmin gün 470 reyslə 13 minə yaxın sərnişin biletlə təmin olunub. Digər günlərdə isə sərnişin sayı gündəlik normaya uyğun olaraq 6-8 min arasında dəyişib.

Şəhərlərarası istiqamətlərdə Gəncə, Qırmızı Körpü, Mingəçevir və Şəki istiqamətinə, beynəlxalq reyslərdə isə Gürcüstan istiqamətinə gedən sərnişinlər üstünlük təşkil edib. Mövcud vəziyyətlə əlaqədar olaraq (012) 406-01-58/59 nömrəli "Məlumat Mərkəzi" həftənin 7 günü 24 saat fəaliyyət göstərir. Mövcud təhlükəsizlik tədbirlərini nəzərə alaraq sərnişinlərə müntəzəm marşrut xətləri üzrə xidmətdə olan avtobuslarla səfər etmələri, avtovağzal ərazisindən çıxmayan nəqliyyat vasitələrindən istifadə etməmələri tövsiyə olunur.

Xəbər lenti
0