CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabahdan uşaqlar televiziya qarşısında olsunlar

© Depositphotos.com / Monkey BusinessСемья во время просмотра телепередачи
Семья во время просмотра телепередачи - Sputnik Azərbaycan
Abunə olmaq
İbtidai siniflərlərdə “Azərbaycan dili”, “Riyaziyyat”, “Həyat bilgisi”, “Təsviri incəsənət”, “Xarici dil” fənləri üzrə qısa videodərslər təqdim ediləcək.

BAKI, 10 mart — Sputnik. Sabahdan başlayaraq "Dərs vaxtı" layihəsi ilə "Mədəniyyət" televiziyasında teledərslərə start veriləcək. Sputnik Azərbaycan Təhsil Nazirliyinin məlumatına istinadla xəbər verir ki, teledərslərdə əksər fənlər yer alacaq.

Bu proqramda teledərslər bütün sinifləri əhatə edəcək, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunacaq.

İbtidai siniflərlərdə “Azərbaycan dili”, “Riyaziyyat”, “Həyat bilgisi”, “Təsviri incəsənət”, “Xarici dil”, 5-11-ci siniflərdə isə “Azərbaycan dili”, “Riyaziyyat”, “Xarici dil”, “Tarix”, “Coğrafiya”, “Kimya”, “Fizika”, “Biologiya” fənləri üzrə qısa videodərslər təqdim ediləcək.

Daha geniş məlumat videoanonsda verilir.

Xəbər lenti
0