CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

ÜST-ün nümayəndələri Azərbaycana gəldilər

© Sputnik / Murad OrujovПрохожие в медицинских масках на улице в Баку, фото из архива
Прохожие в медицинских масках на улице в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Nümayəndə heyətinin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Səhiyyə Nazirliyi və digər qurumlarla görüşü nəzərdə tutulur

BAKI, 9 mart — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertlərindən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Sputnik Azərbaycan bildirir ki, ÜST-ün Azərbaycandakı Nümayəndəliyindən verilən məlumata görə, nümayəndə heyətinin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Səhiyyə Nazirliyi və digər qurumlarla görüşü nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan hökuməti dünyada koronavirus infeksiyasının yayılması riskinin qarşısının alınması istiqamətində beynəlxalq birliyin səylərinə töhfə məqsədilə ÜST-ün “Strateji Hazırlıq və Cavab Planı” çərçivəsində “COVID-19 müraciəti” adlı Fonduna 5 milyon ABŞ dolları məbləğində könüllü maliyyə yardımının verilməsi barədə qərar qəbul edib.

ÜST-ün Baş Katibi Tedros Adhanom Gebreyesus Azərbaycana koronavirusla mübarizə üçün yaradılmış fonda 5 milyon ABŞ dolları məbləğində könüllü maliyyə yardımı ayırmasına görə təşəkkür edib.

"Səfir Vaqif Sadıqov, "COVID-19" xəstəliyinə qarşı qlobal tədbirlərə maliyyə dəstəyinə görə sizin hökumətinizə və Azərbaycan xalqına təşəkkürümü bildirirəm. ÜST həmrəyliyinizə görə sizə minnətdardır. Daha təhlükəsiz bir dünya üçün birlikdə", - Tedros Adhanom Gebreyesus tvitində yazıb.

Xəbər lenti
0