Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

ÜST ekspertləri Azərbaycanda – Karantin xəstəxanalarına səfər edəcəklər

© Official website of President of Azerbaijan RepublicБольница, фото из архива
Больница, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
ÜST nümayəndə heyətinin Bakı şəhəri və regionlardakı karantin xəstəxanalarına səfərinin detalları müzakirə edilib.

BAKI, 9 mart — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertlərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nümayəndələri ilə görüş keçirilib. 

TƏBİB-dən Spunik Azərbaycan-a verilən məlumata görə, görüşdə dünyada koronavirus infeksiyasının yayılması riskinin qarşısının alınması istiqamətində görülən tədbirlər, ÜST nümayəndə heyətinin Bakı şəhəri və regionlardakı karantin xəstəxanalarına səfərinin detalları müzakirə edilib.

© Photo : The State Agency on Mandatory Health InsuranceGörüş
ÜST ekspertləri Azərbaycanda – Karantin xəstəxanalarına səfər edəcəklər - Sputnik Azərbaycan
Görüş

Həmçinin, tibbi personalın hazırlığı, COVID-19 ilə ümumi mübarizə üsulları, vəziyyət haqqında məlumatlandırma, hospitalların hazırlığı, dərman, diaqnostika və tibbi vasitələrin mövcudluğunun qiymətləndirilməsi və risk kommunikasiyası mövzularında fikir mübadiləsi aparılıb.

Xəbər lenti
0