CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı əhlinin diqqətinə: növbəti iki gündə daha diqqətli olun

Abunə olmaq
Bakıda və Abşeron yarımadasında tozlu hava şəraitinin mart ayının 11-i gündüz saatlarına kimi müşahidə olunacağı gözlənilir

BAKI, 9 mart — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin Bakı və Abşeron yarımadasının atmosfer havasında apardıqları monitorinqlərinin nəticələrinə görə, havada toz-duman müşahidə edilir.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a verilən məlumata görə, tozun miqdarı sanitar normadan 3-4 dəfə çoxdur.

Tozlu hava şəraitinin mart ayının 11-i gündüz saatlarına kimi müşahidə olunacağı gözlənilir.

Mütəxəssislərin rəyinə görə, Abşeron yarımadasında toz-dumana səbəb arabir güclənən cənub-şərq küləyi nəticəsində tozun atmosferin yuxarı qatına qalxması və nisbi rütubətin yüksək olmasıdır.

Xəbər lenti
0