BAKI, 9 mart — Sputnik. Bakıda mağazadan oğurluğa cəhd olub.
Sputnik Azərbaycan "Report"a istinadən bildirir ki, hadisə martın 8-də (Beynəlxalq Qadınlar Günü) “Sabina” parfümeriya mağazalar şəbəkəsinin Nizami küçəsində yerləşən mağazasında qeydə alınıb.
1961-ci il təvəllüdlü V.Plotnikova 31 manat dəyərində olan dodaq boyasını oğurlamaq istəyib. Bu zaman qadın mağazanın işçiləri tərəfindən yaxalanıb və aidiyyəti üzrə polis bölməsinə təhvil verilib.
Daha sonra V.Plotnikova polis bölməsində bildirib ki, mağazanın satıcısı Xəyalə adlı şəxs tərəfindən döyülüb. Faktla bağlı araşdırma aparılır.