CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əfsanəvi məhəbbət: Azərbaycanın dahisi haqda serial necə ərsəyə gəldi

© Photo : Первый канал/ Mediaslovo / АМЕДИА/ 2020Кадр из сериала "Магомаев"
Кадр из сериала Магомаев  - Sputnik Azərbaycan
Abunə olmaq
Tamara Sinyavskaya senari üzərində işdə, əsas qəhrəmanların seçilməsində kino işçilərinə yardım edib. Maqomayev roluna serb aktyor Miloş Bikoviçi də məhz o təsdiqləyib

BAKI, 9 mart — Sputnik, Lev Rıjov. Bazar ertəsi, martın 9-da Rusiyanın Birinci kanalında "Maqomayev" bioqrafik serialının premyerası olacaq. Serialdakı hadisələr 1972-74-cü illəri əhatə edir. Əsas süjeti gənc, ancaq SSRİ-nin bütün qadınlarını özünə aşiq etməyi bacarmış Müslüm Maqomayevlə opera müğənnisi Tamara Sinyavskayanın məhəbbəti təşkil edir.

Азербайджанский режиссер Анар Аббасов - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanlı rejissor Rusiya kinematoqrafinı fəth edib və vətənində film çəkməyi arzulayır

Onlar 1972-ci ildə tanış olmuşdular. Ancaq ikisi də sərbəst deyildi. Maqomayev Lüdmila Kareva ilə vətəndaş nikahında yaşayırdı, Tamara Sinyavskaya isə rəsmi olaraq ərdə idi. Ancaq Sinyavskaya yarım il müddətinə Milanın "La-Skala" teatrında staj keçməyə gedəndə də Müslümün eşqi sönmədi.

Bikoviçi Sinyavskaya bəyəndi

1974-cü ilin noyabrında Müslüm və Tamara nikaha girdilər. Bu nikah 35 il sürdü və ən xoşbəxt ailə bağlarından biri oldu. 2008-ci il noyabrın 25-də isə Müslüm Maqomayev xanımının qollarında dünyasını dəyişdi.

Hazırda Tamara Sinyavskaya Müslüm Maqomayev adına fondun rəhbəridir, o, istedadlı artistlərə böyük səhnələrə addımlamaqda kömək edir.

Tamara Sinyavskaya senari üzərində işdə, əsas qəhrəmanların seçilməsində kino işçilərinə yardım edib. Maqomayev roluna serb aktyor Miloş Bikoviçi də məhz o təsdiqləyib.

"Əsas rolun ifaçısını şəxsən Tamara Sinyavskaya təsdiqləyib, - layihənin rejissorlarından biri, Dmitri Tyurin Sputnik-ə deyib. - Xeyli sınaq çəkilişi oldu. Xeyli azərbaycanlı və rus aktoru yoxladıq. Miloşu axır məqamda dəvət etdilər, yəni artıq ümid tükənəndə. Çünki demək olar ki, hamını gözdən keçirmişdik. Və maraqlıdır ki, Sinyavskaya məhz Bikoviçi göstərib dedi: "Bax bu - Müslüm Maqomayevdir!""

Rejissorun sözlərinə görə, serb aktyorun uğuru onun bu layihəyə qədər Müslüm Maqomayevin kimliyindən xəbərsiz olmasında idi.

 "Miloşun Maqomayevi tanımaması başadüşüləndir, - Dmitri Tyurin deyir. - Axı artist başqa ölkədə böyüyüb. Sözsüz ki, mədəniyyətimizin bir hissəsindən xəbəri olmayıb. Bikoviçin digər aktyorlardan, xüsusilə azərbaycanlılardan əsas fərqi də elə bu idi. Çünki onlar üçün Müslüm Maqomayev sanki bütdür. Və bu da onların oyununda özünü büruzə verirdi. Onlar Müslümə pərəstiş edirdilər, Miloşun isə, sadə desək, vecinə deyildi. O, obrazı qəbul etdiyi kimi oynayırdı. Nəticədə də Müslüm Maqomayevə xas olan xarizmaya malik obraz yarada bildi".

Известный певец Муслим Магомаев - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Bir sənətkarı daha necə sevmək olar: Müslümün fanatları Rusiyadan Bakıya axışdı

Qəhrəmanını daha yaxşı tanımaq üçün rejissor arxiv videomateriallarla tanış olub.  

"Maqomayev nadir hallarda müsahibələrində özü haqda geniş danışıb, - Tyurin deyir. - Əsasən həmişə məsafə saxlayıb, öz şəxsiyyətinin miqyasını anlayaraq sanki bir qədər xəsislik edib. Amma bəzi müsahibələrində çox sadə, açıq, insanpərvərdir. Mən istəyirdim ki, kinodakı Müslüm də məhz belə olsun. Hər halda kürsü üstündə heykəl deyil, insan görmək istəyirsən".

Çəkiliş qrupunu Azərbaycan mətbəxinə alışdırdılar

İnternetdə serial haqda ilk təəssüratlar peyda olur. Çoxları qeyd edirlər ki, Miloş Bikoviçi Müslüm Maqomayevə oxşada biliblər. Ancaq Tamara Sinyavskayanın rolunu ifa edən "Miss Rusiya-2010"un qalibi, aktrisa və fotomodel İrina Antonenko öz qəhrəmanının tam surəti deyil.

"Biz heç ideal oxşarlıq axtarmırdıq da, - serialın "Bakı bloku"nun rejissoru İlya Asadullin deyir. - Biz sadəcə obraz axtarırdıq, ilk növbədə xarizmalı, səmimi, açıq bir insan, özünü asanlıqla sevdirən bir insan. Tam oxşarlıq əsas deyildi. Ruh bənzərliyi olmalı idi".

Çəkilişlərin böyük hissəsi Bakıda aparılıb. Demək olar ki, materialın dörddə biri burada çəkilib.

"Bakıdakı çəkilişlər 2018-in, demək olar ki, bütün oktyabrını əhatə elədi, - Asadullin deyir. - Hava ilə bəxtimiz gətirdi. Bütün oktyabr günəşli keçdi. Bakı əla şəhərdir, günəşli və dostcanlı. Orada çox gözəl insanlar yaşayırlar, onlar bizə hər işdə kömək elədilər".

Bakı həm də rejissorun xatirində həddən artıq dadlı mətbəxi olan şəhər kimi qalıb.

"Çəkiliş meydançasına nahar gətirirdilər, - Asadullin xatırlayır. - Yeməklər müxtəlif olurdu və hər dəfə də menyuya mütləq milli mətbəxdən hansısa bir xörəyi daxil edirdilər. Onların isti tərəvəz salatına heyran oldum".

Rejissor deyir ki, işləmək çox asan idi. Xüsusilə də Bikoviçlə.

"Bu, çox yaradıcı insandır. Daim nə isə təklif edirdi, - Asadullin deyir. - Ümumiyyətlə, hər kəs sürətlə, dəqiq və peşəkarcasına işləyirdi. Hamı ürəyini ortaya qoydu. O cümlədən də Heydər Əliyev rolunu ifa edən nəğməkar şair İlya Reznik. Birincisi, Reznik zahirən də Əliyevə bənzəyir, ikincisi, onu şəxsən tanıyıb. Ona görə də Reznik bu obrazı rahat canlandıra bildi".

Şair İlya Reznik: "Mən Heydər Əliyevə çox minnətdaram"

Müslüm Maqomayevlə İlya Reznik 1959-cu ildə Leninqradda tanış olublar. Reznikin 20, Maqomayevin 18 yaşı vardı. Şairin sözlərinə görə, Heydər Əliyevlə ancaq 1980-ci illərin əvvəllərində tanış ola bilib.

"Mən Heydər Əliyevə çox minnətdaram, - şair danışır. - 1980-ci ildə biz Alla Puqaçova ilə Bakıda qastrolda idik. Müslüm bizi Heydər Əliyevlə tanış etdi. O vaxt ona mahnı notlarından seçmələri təqdim elədim. Heydər Əliyeviç isə soruşdu: "Bəs poeziya seçmələriniz yoxdur?" O vaxt kitab çap etdirmək çox çətin idi. Çox əziyyətli idi. Etiraf elədim ki, kitabım yoxdur. Heydər Əliyev dedi: "Olarmı biz onu nəşr edək?""
© © Courtesy of Ilya Reznik İlya Reznik, Müslüm Maqomayev və Alla Puqaçova
Əfsanəvi məhəbbət: Azərbaycanın dahisi haqda serial necə ərsəyə gəldi - Sputnik Azərbaycan
İlya Reznik, Müslüm Maqomayev və Alla Puqaçova

Bu söhbətin nəticəsində elə həmin 1980-ci ildə "Yazıçı" nəşriyyatında "Müğənni xanımın monoloqları" kitabı nəşr olundu. Üz qabığı və illüstrasiyaların eskizlərinin müəllifi isə Alla Puqaçova oldu.

Şair deyir ki, Heydər Əliyev roluna dəvət alması onun üçün gözlənilməz olub. "Əlbəttə, çox sevindim, - İlya Reznik söyləyir. - Amma nə qədər desələr də, mən ona elə də çox bənzəmirəm. Heydər Əliyeviç daha comərd görünür. Amma uzaqdan baxanda, haradasa nəsə oxşarlıq tapmaq olar. Məni xüsusi qrimləmədilər, sadəcə, saçımı tündləşdirdilər. Əlbəttə, bu rolu oynamaq mənim üçün böyük şərəfdir".

Xəbər lenti
0