CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident keçmiş icra başçısına orden verdi

Abunə olmaq
Mirdaməd Sadıqov 2013-cü ildə İsmayıllı rayonu İcra Hakimiyyətinin başçısı təyin olunub. 2020-ci il martın 5-də bu vəzifədən azad edilib

BAKI, 9 mart — Sputnik. Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Mirdaməd Mirsadıq oğlu Sadıqov “Şöhrət” ordeni ilə təltif edilib.

Sputnik Azərbaycan bildirir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Qeyd edək ki, Mirdaməd Sadıqov 2013-cü ildə İsmayıllı rayonu İcra Hakimiyyətinin başçısı təyin olunub. 2020-ci il martın 5-də bu vəzifədən azad edilib. Hazırda bu vəzifəni Nahid Bağırov icra edir.

Xəbər lenti
0