"Şeytan çıxaran" aktyor dünyasını dəyişdi

Xəbərlərə abunə olun
Yandex newsTelegram
Maks fon Südov "Şeytan çıxaran" ("Ekzorsist"), "Xüsusi rəy", "Lənətlənmişlər adası" filmlərindəki rolları ilə məşhurlaşıb

BAKI, 9 mart — Sputnik. İsveçin məşhur aktyoru Maks fon Südov 90 yaşında vəfat edib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə onun xanımı Ketrin fon Südova ParisMatch nəşrinə bildirib.

​"Hədsiz kədər, ürək ağrısı ilə bildiririk ki, Maks fon Südov 2020-ci il martın 8-də dünyadan köçdü", - K. fon Südova deyib.

​2015-ci il avqustun 4-də bildirilmişdi ki, Maks fon Südov "Taxt-tac oyunları" serialının altıncı mövsümündə Maks fon Südov üçgözlü quzğunu oynayacaq. Südov bu rolda britaniyalı aktyor Struan Roceri əvəzlədi.

Maks fon Südov "Şeytan çıxaran" ("Ekzorsist"), "Xüsusi rəy", "Lənətlənmişlər adası" filmlərindəki rolları ilə məşhurlaşıb. O, İnqmar Berqman və Yan Truel kimi rejissorlarla çalışıb. Ümumilikdə 150-dən çox rol oynayıb. İki dəfə "Oskar" almağa namizəd olub.

Xəbər lenti
0