Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Dünya koronavirusdan nə zaman dincələcək?

© REUTERS / Marijan Murat / dpaA laborant at the State Health Authorities of Baden-Wuerttemberg works on a test sample of a suspected case of the 2019 Novel Coronavirus (2019-nCoV)
A laborant at the State Health Authorities of Baden-Wuerttemberg works on a test sample of a  suspected case of the 2019 Novel Coronavirus (2019-nCoV)  - Sputnik Azərbaycan
Abunə olmaq
Son məlumatlara görə, Çində koronavirusa yoluxanların sayı 80735-ə çatıb, 5111 nəfərin vəziyyəti ağırdır, 58600 adam xəstəxanadan evə yazılıb, ölənlərin sayı isə 3119-a çatıb

BAKI, 9 mart — Sputnik. Koronavirus dünyada ən azı iyunadək yayılmaqda davam edəcək.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bunu ÇXR-in Səhiyyə məsələləri üzrə Dövlət Komitəsinin xüsusi ekspert komissiyasının başçısı Çjun Nanşan deyib.

"Proqnoza görə, bütün dünya üzrə epidemiya, ən azı, iyunadək yayılmaqda davam edəcək. Koronavirusla mübarizədə əsas güc gələcəkdə ixracdan (Çindən kənara - red.) idxala qarşı yönəldilə bilər", - "Şenmin Şibao" qəzeti Çjun Nanşanın sözlərini sitat gətirib.

Son məlumatlara görə, Çində koronavirusa yoluxanların sayı 80735-ə çatıb, 5111 nəfərin vəziyyəti ağırdır, 58600 adam xəstəxanadan evə yazılıb, ölənlərin sayı isə 3119-a çatıb.

Çin hökuməti 2019-cu il dekabrın 31-də Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) Hubey əyalətinin Uhan şəhərində naməlum sətəlcəm xəstəliyinin yayılması barədə məlumatlandırıb. Mütəxəssislər xəstəliyin törədicisinin yeni növ koronavirus olduğunu müəyyən ediblər.

ÜST bu xəstəliyin yayılmasını beynəlxalq əhəmiyyətli fövqəladə hal kimi tanıyıb.

Yeni növ koronavirusun yaratdığı xəstəlik hazırda "COVID-19" ("CO" – korona, "VI" – virus, "D" – xəstəlik (ingiliscə – disease), "19" – yaranma ili) adlanır.

Xəbər lenti
0