Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İnstitut rektoru ilə icra başçısı işdən çıxarıldılar

Xəbərlərə abunə olun
Yandex newsTelegram
Məmmədov Aqil Sadıq oğlu 123 saylı Kəlbəcər seçki dairəsindən, Məmmədov Ceyhun Valeh oğlu isə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən Milli Məclisə deputat seçiliblər

BAKI, 9 mart — Sputnik. Prezident İlham Əliyev Aqil Sadıq oğlu Məmmədovun Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi barədə Sərəncam imzalayıb.

Sputnik Azərbaycan bildirir ki, digər sərəncamla Ceyhun Valeh oğlu Məmmədov Azərbaycan İlahiyyat İnstitutunun rektoru vəzifəsindən azad edilib.

Qeyd edək ki, Məmmədov Aqil Sadıq oğlu 123 saylı Kəlbəcər seçki dairəsindən, Məmmədov Ceyhun Valeh oğlu isə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən Milli Məclisə deputat seçiliblər.

Martın 5-də Konstitusiya Məhkəməsi Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin nəticələri təsdiq edib. Seçki Məcəlləsinin 173.3-cü maddəsinə əsasən, seçkilərin ümumi yekunları rəsmi dərc edildikdən sonra namizəd deputat statusu ilə bir araya sığmayan vəzifədən azad olunduqda və ya fəaliyyətinə xitam verdikdə Mərkəzi Seçki Komissiyası onu deputat kimi qeydə alır və ona deputat vəsiqəsi verir.

Digər tərəfdən, Seçki Məcəlləsinin 173.1-ci maddəsinə əsasən, deputat seçilmiş namizədlər ən geci 60 gün müddətində deputat statusu ilə bir araya sığmayan və Konstitusiyanın 85-ci maddəsinin II hissəsində göstərilən vəzifədən azad olunduqları barədə əmrin surətini (bu vəzifələrdən azad olunmaq barədə 3 gün müddətində ərizə verəcəklərini təsdiq edən sənədin surətini) və ya fəaliyyətlərinə xitam verilməsi barədə öhdəliyi nəzərdə tutan ərizəni MSK-ya təqdim etməlidirlər. Məhz bu halda onlar deputat vəsiqəsi ala bilərlər.

Xəbər lenti
0