CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hicran Hüseynova arzusuna çatdı

© REPORTAilə, Qadın və Uşaq problemləri üzrə dövlət komitəsinin sədri Hicran Hüseynova
Ailə, Qadın və Uşaq problemləri üzrə dövlət komitəsinin sədri Hicran Hüseynova - Sputnik Azərbaycan
Abunə olmaq
Seçki Məcəlləsinin 173.3-cü maddəsinə əsasən, seçkilərin ümumi yekunları rəsmi dərc edildikdən sonra namizəd deputat statusu ilə bir araya sığmayan vəzifədən azad olunduqda və ya fəaliyyətinə xitam verdikdə Mərkəzi Seçki Komissiyası onu deputat kimi qeydə alır

BAKI, 9 mart — Sputnik. Prezident İlham Əliyev Hicran Hüseynova haqda sərəncam imzalayıb.

Sputnik Azərbaycan bildirir ki, Hicran Kamran qızı Hüseynova Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsindən azad edilib.

Xatırladaq ki, bu günlərdə H.Hüseynova "Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamını gözlədiyi" barədə açıqlama vermişdi.

Martın 5-də Konstitusiya Məhkəməsi Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin nəticələri təsdiq edib. Seçki Məcəlləsinin 173.3-cü maddəsinə əsasən, seçkilərin ümumi yekunları rəsmi dərc edildikdən sonra namizəd deputat statusu ilə bir araya sığmayan vəzifədən azad olunduqda və ya fəaliyyətinə xitam verdikdə Mərkəzi Seçki Komissiyası onu deputat kimi qeydə alır və ona deputat vəsiqəsi verir.

Digər tərəfdən, Seçki Məcəlləsinin 173.1-ci maddəsinə əsasən, deputat seçilmiş namizədlər ən geci 60 gün müddətində deputat statusu ilə bir araya sığmayan və Konstitusiyanın 85-ci maddəsinin II hissəsində göstərilən vəzifədən azad olunduqları barədə əmrin surətini (bu vəzifələrdən azad olunmaq barədə 3 gün müddətində ərizə verəcəklərini təsdiq edən sənədin surətini) və ya fəaliyyətlərinə xitam verilməsi barədə öhdəliyi nəzərdə tutan ərizəni MSK-ya təqdim etməlidirlər. Məhz bu halda onlar deputat vəsiqəsi ala bilərlər.

Hicran Hüseynova 41 saylı Sumqayıt Birinci Seçki Dairəsindən deputat seçilib.

Xəbər lenti
0