Arzuları gözündə qaldı – Terror hazırlayan 13 PKK-çı məhv edildi

© REUTERS / Khalil AshawiTürk əsgərləri Afrin bölgəsində
Türk əsgərləri Afrin bölgəsində - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Məlumatda deyilir: "Uğurlu əməliyyat nəticəsində Fırat Qalxanı əməliyyatı ərazisinə hücum etməyə hazırlaşdığı bilinən 13 PKK/YPG terrorçusu zərərsizləşdirilib".

BAKI, 9 mart — Sputnik. Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında 13 PKK/YPG terrorçusunu zərərsizləşdirib.

YPG terrorçuları - Sputnik Azərbaycan
Bölgədən çəkilməsi gözlənən PKK/YPG terrorçuları atəşkəsi pozub

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Türkiyə Müdafiə Nazirliyi bildirib.

Məlumatda deyilir: "Uğurlu əməliyyat nəticəsində Fırat Qalxanı əməliyyatı ərazisinə hücum etməyə hazırlaşdığı bilinən 13 PKK/YPG terrorçusu zərərsizləşdirilib".

Qeyd edək ki, ötən ilin 9 oktyabrında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada yeni bir hərbi əməliyyatın başlandığını elan etmişdi.

Onun sözlərinə görə, Suriyanın şimalında yeni antiterror əməliyyatı "Sülh bulağı" (Barış Pınarı) adı altında həyata keçirilir.

24 Avqust 2016-cı ildə Türkiyə Silahlı Qüvvələri "İslam Dövlətinin" silahlılarına qarşı Fırat Qalxanı əməliyyatına başlayıb və Suriya müxalifətinin dəstəyi ilə Suriyanın şimalındakı sərhəd bölgəsi olan Carablus şəhərini, eləcə də Əl Bab şəhərini azad ediblər.

Xəbər lenti
0