Yaşın nə fərqi var... – Yüz yaşlı koronovirusdan sağaldı

© REUTERS / WILLY KURNIAWANСитуация в связи с эпидемиологической обстановкой в Китае
Ситуация в связи с эпидемиологической обстановкой в Китае - Sputnik Azərbaycan
Abunə olmaq
Onu sağaltmaq üçün virus əleyhinə dərmanlardan, ənənəvi Çin tibb üsullarından, eləcə də plazma köçürülməsindən istifadə edilib. 13 gün sonra ahıl kişi sağalıb və onu xəstəxanadan buraxıblar.

BAKI, 8 mart — Sputnik. Çinin 100 yaşlı sakini ölümcül Covid-19 koronvirusundan sağalıb. Sputnik Azərbaycan Xinhua agentliyinə istinadla xəbər verir ki, o, dəhşətli virusa qalib gələn ən yaşlı şəxsdir.

Фармацевт показывает медицинскую маску, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Koronavirus hökumətin daha bir qərar qəbul etməsinə səbəb oldu

Adı açıqlanmayan kişi fevralın 24-də yerli xəstəxanalardan birinə aparılıb. Onu sağaltmaq üçün virus əleyhinə dərmanlardan, ənənəvi Çin tibb üsullarından, eləcə də plazma köçürülməsindən istifadə edilib. 13 gün sonra ahıl kişi sağalıb və onu xəstəxanadan buraxıblar.

Qeyd edilir ki, koronovirusdan savayı kişi Altsheymer xəstəliyindən, hipertoniyadan və ürək çatışmazlığından əziyyət çəkirmiş.

Adı çəkilməyən xəstənin 100 yaşı fevralda tamam olub.

Son məlumatlara görə, dünyada 110 minə yaxın adam yeni növ koronavirusa yoluxub. Onlardan 3800 nəfəri vəfat edib. 60 mindən çox adam sağalıb.

Xəbər lenti
0