CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Təhsil Nazirliyi tətilin mayadək uzadılması şayiəsinə cavab verdi

© Photo : Courtesy of Casarat ValehovCəsarət Valehov
Cəsarət Valehov - Sputnik Azərbaycan
Abunə olmaq
"Belə xəbərləri yayanları cinayət məsuliyyəti gözləyir. Xahiş edirik, rəsmi xəbərlərə istinad edin", - deyə Cəsarət Valehov bildirib.

BAKI, 8 mart — Sputnik. "Nazirlər Kabinetinin operativ Qərargahı adından Təhsil Nazirliyinin saytında guya məktəblərdə tətilin 1 mayadək uzadılması haqqında məlumat doğru deyil, yanlışdır".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

"Belə xəbərləri yayanları cinayət məsuliyyəti gözləyir. Xahiş edirik, rəsmi xəbərlərə istinad edin", - deyə o bildirib.

Xəbər lenti
0