Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Şamaxıda dəhşətli faciə: Uşaqlarının gözü qarşısında boğulub öldü

© Sputnik / Irade JELILMilli parkın yaranmasında əsas məqsəd su-bataqlıq və yarımsəhra landşaftının qorunmasıdır
Milli parkın yaranmasında əsas məqsəd su-bataqlıq və yarımsəhra landşaftının qorunmasıdır - Sputnik Azərbaycan
Abunə olmaq
Şamaxı şəhər sakini, 1981-ci il təvəllüdlü Ömərov Xalid İsmayıl oğlu bu gün saat 16:00 radələrində rayonun Kərkənc kəndi ərazisində yerləşən göldə balıq tutarkən ehtiyatsızlıq edib və ayağı sürüşərək suya yıxılıb.

BAKI, 8 mart — Sputnik. Şamaxı rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Рабочие на стройке, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Dəhşətli faciə: Fəhlə yük maşının altında can verdi

Sputnik Azərbaycan-ın APA-ya istinadla xəbərinə görə, Şamaxı şəhər sakini, 1981-ci il təvəllüdlü Ömərov Xalid İsmayıl oğlu bu gün saat 16:00 radələrində rayonun Kərkənc kəndi ərazisində yerləşən göldə balıq tutarkən ehtiyatsızlıq edib və ayağı sürüşərək suya yıxılıb.

Xalid Ömərov köməksiz vəziyyətdə qaldığı üçün suda boğularaq ölüb.

Məlumata görə, Xalid Ömərov balıq tutmağa 3 azyaşlı övladı ilə gedib və hadisə də övladlarının gözü qarşısında baş verib. Uşaqlar suda boğulan atalarına kömək etmək üçün kənd sakinlərini əraziyə çağırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb. X.Ömərovun meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Xəbər lenti
0