İtaliya Milan və Venesiyanı bağladı

© AP Photo / Gregorio BorgiaСитуация в связи с эпидемиологической обстановкой в Италии
Ситуация в связи с эпидемиологической обстановкой в Италии - Sputnik Azərbaycan
Abunə olmaq
Müvafiq qərarı Baş nazir Cüzeppe Konte imzalayıb. Bu vilayətlərə daxil olma və onları tərk etməyə ancaq istisna hallarda icazə veriləcək.

BAKI, 8 mart — Sputnik. İtaliya hökuməti paytaxtı Milan olan Lombardiyanı, eləcə də Venesiya daxil olmaqla 14 vilayəti bağlayıb.

Sputnik Azərbaycan ANSA agentliyinə istinadla xəbər verir ki, ölkədə tüğyan edən koronovirus təhlükəsi ilə bağlı bu əyalətlərə giriş və çıxış, eləcə də əyalət daxilində hərəkət məhdudlaşdırılıb.

Müvafiq qərarı Baş nazir Cüzeppe Konte imzalayıb. Bu vilayətlərə daxil olma və onları tərk etməyə ancaq istisna hallarda icazə veriləcək. Bundan əlavə, muzeylərin işi dayandırılır və kütləvi tədbirlər ləğv edilir.

Qeyd edək ki, bu günə kimi ölkədə 6 minə yaxın insan xəstəliyə yoluxub. Onlardan 233 nəfər vəfat edib.

Xəbər lenti
0