Bu gün bütün dünyada 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd edilir.
8 Mart Klara Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların Kopenhagendə keçirilən II beynəlxalq konfransında təsis olunub.
Mahiyyət etibarilə bu gün qadınların ictimai-siyasi, iqtisadi bərabərlik, öz hüquqları uğrunda mübarizədə həmrəylik günü kimi yaradılıb. Dünyanın bir çox ölkəsində 8 Mart məhz çalışan, əməkçi qadınların günü kimi qeyd olunur.
İlk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada, 1913-cü ildə isə Rusiyada bu gün qeyd edilməyə başlanılıb. 1975-ci ildə BMT tərəfindən 8 Mart Beynəlxalq Qadınlar Günü kimi elan edilib.
Azərbaycanda isə bu bayram 1917-ci ildən mütəmadi qeyd edilməyə başlanılıb. Beynəlxalq Qadınlar günü ölkəmizdə qeyri-iş günü elan olunub.
8 Mart Beynəlxalq Qadınlar Gününün Bakıda necə qeyd edildiyini Sputnik Azərbaycan-ın fotolentində izləyə bilərsiniz.