Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Deputat Azərbaycan Gimnastika Federasiyasının uğurlarından danışır

© SputnikRauf Əliyev
Rauf Əliyev  - Sputnik Azərbaycan
Abunə olmaq
Milli Məclisin deputatı Rauf Əliyev deyir ki, Azərbaycanda gimnastikanın inkişafı üçün hər cür şərait yaradılıb
Rauf Əliyev: “Azərbaycan gimnastikası çox böyük inkişaf yolu keçib”

“Çox sevindirici haldır ki, Azərbaycan Gimnastika Federasiyası (AGF) Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən “Mükafatlandırılan Federasiyaların" siyahısında yenidən birinci yerə layiq görülüb”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin deputatı Rauf Əliyev deyib.

“Azərbaycan artıq 3-cü ildir ki, ardıcıl olaraq bu yüksək mövqeyə layiq görülür. Ondan əvvəl isə Azərbaycan Gimnastika Federasiyası ilk onluğa daxil olurdu. 2002-ci ildən Azərbaycan Gimnastika Federasiyasına Birinci vitse-prezident Mehriban xanım Əliyeva rəhbərlik edir. O vaxtdan indiyə qədər Azərbaycan gimnastikası çox böyük inkişaf yolu keçib. Hər il Azərbaycan böyük beynəlxalq tədbirlərə, o cümlədən Avropa çempionatlarına, dünya kuboklarına ev sahibliyi edir. Bütün bu işlərin nəticəsidir ki, Azərbaycan Gimnastika Federasiyası dünyada birinciliyə layiq görülüb. Bu gün Azərbaycanda gimnastikanın inkişafı üçün hər cür şərait yaradılıb. Milli Gimnastika Arenası demək olar ki, dünyada ən yaxşı arenadır. Azərbaycanın regionlarında da gimnastikanın inkişafına böyük diqqət ayrılır. Azərbaycan Gimnastika Federasiyasının nailiyyətləri Birinci vitse-prezident Mehriban Əliyevanın böyük diqqət və qayğısı nəticəsində mümkün olub” – deyə R.Əliyev bildirib.

Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyası (AGF) Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən “Mükafatlandırılan Federasiyaların" siyahısında yenidən birincidir. 2019-cu ilin nəticələrinə əsasən, AGF bir daha digər federasiyalardan fərqlənərək birinciliyi əldən verməyib.

Rauf Əliyevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0