Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Min bir dərdin yalançı "dərmanı" - Özünüzü aldatmayın

© Sputnik / Murad OrujovСуицид, постановочное фото
Суицид, постановочное фото - Sputnik Azərbaycan
Abunə olmaq
"Azərbaycan tranzit ölkə olduğu üçün bura Asiyadan, Şərqdən, Əfqanıstandan, İrandan külli miqdarda narkotik keçirilir".

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 8 mart — Sputnik. Bu günlərdə Respublika Narkoloji Mərkəzində intihar hadisəsi qeydə alınıb. Məlumata görə, mərkəzdə müalicə alan, Sumqayıt şəhər sakini, 1986-cı il təvəllüdlü Şahverdiyev Seymur Şahverdi oğlu otaqda özünü asıb.

Maraqlıdır, hazırda Respublika Narkoloji Mərkəzindəki xəstələrin sayı nə qədərdir?

Хакер из Anonymous перед экраном компьютера - Sputnik Azərbaycan
CƏMİYYƏT
İnternet vasitəsilə narkotik satan tutuldu – FOTO

Mərkəzin rəhbəri Orxan Cəfərov Sputnik Azərbaycan-a açıqlamasında bizə son rəqəmləri açıqlayıb: "Bu günə olan məlumata görə, hazırda xəstələrin sayı 312-dir. Lakin bunlar gündəlik olaraq dəyişən rəqəmlərdir. Onların arasında evə yazılan da olur". O.Cəfərovun sözlərinə görə, bu xəstələr arasında kişilər daha çox üstünlük təşkil edir.

Mərkəz rəhbəri yeniyetməlik yaşlarında uşaqların bu cür zərərli vərdişlərdən qorunması üçün nəzarəti daha da gücləndirməyi tövsiyə edir: "Valideynlər övladlarına, onların çevrələrinə daha diqqətli olmalı, onları nəzarətsiz qoymamalı, əksinə, müəyyən dövrlərdə bu nəzarəti daha da gücləndirməlidirlər".

Mütəxəssis, narkoloq Araz Manuçəri Sputnik Azərbaycan-a açıqlamasında ümumi olaraq saylarda artımın olduğunu diqqətə çatdırıb: "Ümumi rəqəmlərdə artım var. Bunun da əsas səbəbi Azərbaycanın tranzit ölkə olması ilə bağlıdır. Azərbaycan tranzit ölkə olduğu üçün bura Asiyadan, Şərqdən, Əfqanıstandan, İrandan külli miqdarda narkotik keçirilir. Bu gün biz narkotiklərin növləri ilə yanaşı, onların təsirlərinin də artdığını deyə bilərik. Bu növlər isə qısa müddətdə ciddi asılılıq yaradır. Ümumilikdə isə qeyd edim ki, kişilərin sayı üstünlük təşkil etsə də, qadınların da sayında artım var".

A.Manuçəri say artımını həm də narkotik əldə etməyin daha rahat olması ilə əlaqələndirib.

Города Мира. Ташкент - Sputnik Azərbaycan
Həyasızlığın hədsizliyi: Narkotik reklamı bilbordlara çıxdı

Narkoloqun sözlərinə görə, narkotikdən ilk dəfə istifadə daha çox yeniyetməlik yaşlarına təsadüf edir: "Çünki keçid dövründə cavanlar özlərini müəyyən ekstremal vəziyyətə hazır hiss edir, yenilik axtarır, yeni hislər, emosiyalar yaşamaq istəyirlər, sanki bununla özlərini təsdiqlədirlər. Onların xarakterlərində olan bu amil isə belə pis vərdişlərə qurşanmağa təkan verir".

Evdə, cəmiyyətdə olan problemlərin də bu pis vərdişə düçar olmağa səbəb olduğunu deyən ekspert son olaraq qəbul etdiyi xəstələrdən biri haqda danışıb: "Bu gün qəbul etdiyim şəxs ağır psixi xəstəlik, şizofreniyadan əziyyət çəkir. O deyir ki, hər zaman başında səs-küyün olmasından şikayətlənirmiş. Bir gün qonşusu ona bu səs-küydən xilas olmaq üçün bir narkotik maddəni qəbul etməyi məsləhət görür. Bir müddət bu maddə ona kömək etsə də, müəyyən zaman keçəndən sonra həmin şəxsin şikayətləri daha da artır. Bu fakt bir daha onu göstərir ki, müxtəlif səbəblər narkotikə aludə olmağa zəmin yarada bilər. Bəzən buna mühit, bəzən ailə, bəzən də insanın öz xarakteri imkan verir. Bəzən insanlar müəyyən qorxuları dəf etmək üçün də bu yola əl atır, asılı hala düşür. 

Xatırladaq ki, 2010-cu ildə Azərbaycanda narkotik istifadəçilərinin sayı 25 489 nəfər, 2011-ci ildə 26 716 nəfər, 2012-ci ildə 27 910 nəfər, 2013-cü ildə 28 376, 2014-cü ildə 28 656, 2015-ci ildə isə 28 555, 2016-cı ildə 29 448, 2017-ci ildə 30 131, 2018-ci ildə 31 432 nəfər olub. Narkomanların 26 346 nəfəri dispanser, 50 86 nəfəri profilaktik qeydiyyatda olub.

2015-ci ildə ilk dəfə narkotik istifadəçisi kimi qeydiyyata alınan narkomanların sayı 2 017 nəfər, 2016-cı ildə 2 142 nəfər, 2017-ci ildə 2 115, 2018-ci ildə 1995 nəfər olub.

Полицейский в подпольной лаборатории по изготовлению синтетических наркотиков - Sputnik Azərbaycan
HADİSƏ
Böyük əməliyyat: Onlayn narkotik satan dəstə tutuldu – VİDEO

Ötən il açıqlanan son məlumatlara əsasən, Azərbaycanda 15-17 yaşlı 9 nəfər (2017-ci ildə 5, 2016-cı ildə 5), 18-24 yaşlı 1734 nəfər (2017-ci ildə 1566, 2016-cı ildə 1447 nəfər), 25-29 yaşlı 4367 nəfər (2017-ci ildə 4225, 2016-cı ildə 4076), 30-34 yaşlı 4722 nəfər (2017-ci ildə 4 463, 2016-cı ildə 4239), 35-39 yaşlı 4841 nəfər (2017-ci ildə 4657, 2016-cı ildə 4542), 40-44 yaşlı 3856 nəfər (2017-ci ildə 3 707, 2016-cı ildə 3670), 45-49 yaşlı 3581 (2017-ci ildə 3408, 2016-cı ildə 3313), 50-54 yaşlı 3078 nəfər (2017-ci ildə 2 891, 2016-cı ildə 2818), 55-59 yaşlı 2405 nəfər (2017-ci ildə 2275, 2016-cı ildə 2266), 60-64 yaşlı 1865 nəfər (2017-ci ildə 1 875, 2016-cı ildə 1931), 65 yaşdan yuxarı isə 974 nəfər (2017-ci ildə 1062, 2016-cı ildə 1142) narkotik istifadəçisi olub.

2014-cü ilədək Azərbaycanda rəsmi qeydiyyata alınmış narkotik istifadəçiləri arasında uşaqlar (yaşı 18-dək olanlar) olmayıb.

Qeyd edək ki, bunlar rəsmi rəqəmlərdir.

Xəbər lenti
0