Dondurma yaladı, həbs olundu

© Sputnik / Dilshoda RahmatovaЛюди с семьями сегодня спешили на фестиваль, чтобы попробовать новые вкусы мороженого
Люди с семьями сегодня спешили на фестиваль, чтобы попробовать новые вкусы мороженого - Sputnik Azərbaycan
Abunə olmaq
Mağazanın müşahidə kameraları gəncin sonradan həmin dondurmanı soyuducudan götürüb satın aldığını qeydə alıb.

BAKI, 7 mart — Sputnik. ABŞ-ın Texas ştatındakı supermarketlərdən birində dondurmanı yalayıb yenidən soyuducuya qoymuş müştəri 30 gün müddətinə həbs olunub.

Путин купил Эрдогану мороженое - Sputnik Azərbaycan
VİDEO
"Hesab mənlikdir!" – Putin Ərdoğana dondurma qonaqlığı verdi

Sputnik Azərbaycan "BBC" telekanalına istinadən xəbər verir ki, ötən ilin avqustunda 24 yaşlı D'Adrien Anderson "Walmart" supermarketində dondurmanı yalayıb yenidən soyuducuya qoymağını videogörüntüyə alıb və bu kadrları sosial şəbəkələrdə paylaşıb.

Mağazanın müşahidə kameraları onun sonradan həmin dondurmanı soyuducudan götürüb aldığını qeydə alıb.

Andersona 30 günlük həbslə yanaşı, 6 aylıq şərti müddət, 100 saat ödənilməyən iş, 1000 dollar məbləğində cərimə verilib. O, həmçinin dondurmanı istehsal edən şirkətə 1565 dollar ödəməli olacaq.

Gənc əməlini avqustun 26-da Port-Artur şəhərində yerləşən supermarketdə törədib.

Anderson və atası daha sonra onun dondurmanı həqiqətən almasına dair sübut kimi qəbzi göstərmək üçün mağazaya qayıdıblar. Buna baxmayaraq, dondurma istehsalçısı "Blue Bell Creameries" soyuducudakı bütün dondurmaları ehtiyat tədbiri olaraq əvəz edib ki, bu da şirkətə 1565 dollara başa gəlib.

Anderson kiçik xuliqanlıq etdiyini bu ilin əvvəlində boynuna alıb.

Бакинский приморский бульвар - Sputnik Azərbaycan
CƏMİYYƏT
Ən dadlı qidanın böyük təhlükəsi: Dondurma alarkən son dərəcə diqqətli olun

"Walmart" onun həbsi ilə bağlı bəyanatında deyib: "Ərzaq bilərəkdən korlanıbsa və ya müştəri korlanmış məhsulu (mağazada – red.) qoyub getdiyi təəssüratını yaratmaq istəyirsə, biz bunun zarafat olduğunu düşünənləri aşkar etmək, saxlamaq və məsuliyyətə cəlb etmək üçün hüquq mühafizə orqanları ilə əməkdaşlıq edəcəyik. Bu hərəkətlər zarafat deyil".

Qeyd edək ki, bu hadisədən əvvəl Texas ştatının Lafkin şəhərindəki "Walmart" supermarketində yeniyetmə bir qız dondurmanı yalayıb yenidən soyuducuya qoyub.

Lakin həmin qız dondurmanı almayıb. Onun dondurmanı yalaması videosu 13 milyondan çox izlənilib.

Xəbər lenti
0